“Gənclik”dəki tunel gələn ay istifadəyə veriləcək - Fotolar

genclikdeki-tunel-gelen-ay-istifadeye-verilecek-fotolar
Oxunma sayı: 767

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda ərazidə son tamamlama işləri gedir. Burada, həmçinin iki piyada keçidinin tikintisi də davam etdirilir və artıq tunellərin birində qazma işləri başa çatıb.

Tunel tipli yol qovşağı ümumilikdə 6 tunel, 2 piyada keçidi və Gənclik metro stansiyasının iki çıxışından ibarət olacaqdır. Tunellərdən 5-də kommunikasiya xətlərinin köçürülməsi və tikinti - quraşdırma işləri yekunlaşıb.