“Gəncliyi seç, yeniliyə səs ver!” - Nərmin Yusifova

gencliyi-sec-yeniliye-ses-ver
Oxunma sayı: 7108

Yanvarın 25-də 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən olan xanım namizəd Nərmin Yusifova Pirallahı İdman kompleksində öz seçiciləri ilə görüş keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə N.Yusifova platformasını təqdim edib və bunun ətrafında müzakirələr aparılıb. Daha sonra namizəd seçicilərin suallarına cavab verərək digər namizədlərlə açıq debatlara hazır olduğunu bildirib.

N.Yusifova görüşdə çıxış edərək özü haqda məlumat verib. O bildirib ki, millət vəkili seçiləcəyi təqdirdə bir hüquqşünas kimi parlamentdə qanun layihələrinin yazılması və qəbulunda yaxından iştirak edəcək. Vətəndaşların sosial problemləri ilə yaxından maraqlanacağını, bu məsələləri Milli Məclisdə səsləndirərək ölkə gündəminə çıxaracağını, bununla bağlı müvafiq qurumlar qarşısında problemin həlli üçün məsələ qaldıracağını qeyd edib. 
Namizəd həmçinin bildirib :” mən sizdən biriyəm ! Seçiləcəyim təqdirdə siz məni yox bizi seçirsiz!”

N.Yusifova 13 saylı Seçki Dairəsindən namizədliyi irəli sürülmüş digər şəxsləri debata çağırıb: “Onlar mənə uduzsalar, namizədliklərini geri götürsünlər, mən uduzsam, özüm namizədliyimi geri götürəcəyəm”.