Gəndob-Yalama yolunda nəqliyyatın hərəkəti tam bərpa edildi

gendob-yalama-yolunda-neqliyyatin-hereketi-tam-berpa-edildi
Oxunma sayı: 2411

Şabrandakı yanğınla əlaqəli bağlanan yol açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilmişdi: 

“Paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilmişdi. Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib”.