General akademiyanın ilk məzunlarını belə təbrik etdi - Fotolar

general-akademiyanin-ilk-mezunlarini-bele-tebrik-etdi
Oxunma sayı: 3461

İyulun 3-də Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk “Məzun günü” qeyd olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Bakı şəhərində, “Boulevard Hotel”də keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiyanın müəllimləri və valideynlər iştirak edib.

Sonra Akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov məzunları təbrik edib və bildirib ki, 4 il əvvəl fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyası qısa zaman ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib.

Öz növbəsində Səfər Mehdiyev məzunları təbrik edərək onlara uğurlar arzulayıb və Akademiyanın ilk “Məzun günü”nü həm də Dövlət Gömrük Komitəsinin tarixində mühüm hadisə kimi qiymətləndirib. 

Tədbir çərçivəsində təlim-tədris prosesində fərqlənən müəllim və tələbələr mükafatlandırılıb. 

Qeyd edək ki, bu il Gömrük Akademiyasını 37 tələbə hüquqşunaslıq və iqtisadiyyat ixtisasları üzrə bitirib və onların yarıdan çoxu təhsilini magistr pilləsi üzrə davam etdirəcək. O cümlədən, məzunlardan 7 nəfəri Avropanın müxtəlif universitetlərində magistr təhsili alacaq.