General Brüsselə getdi

general-brussele-getdi
Oxunma sayı: 1079


Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvəti ilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə yola düşüb.

NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaq.