General Kuznetsov həbs edildi

general-kuznetsov-hebs-edildi
Oxunma sayı: 4414

Mayın 14-nə keçən gecə saxlanılan Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi Yuri Kuznetsov həbs olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.

Aparılan axtarışlar zamanı general-leytenant Kuznetsovdan 100 milyon rubldan çox pul götürülüb.

Xatırladaq ki, Kuznetsov bu vəzifəyə 2023-cü ilin mayında təyin edilmişdi.