Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər