General-leytenant Etibar Mirzəyev istehkamçı-mütəxəssislərə sertifikatlar təqdim edib - Video + Fotolar

general-leytenant-etibar-mirzeyev-istehkamci-mutexessislere-sertifikatlar-teqdim-edib
Oxunma sayı: 2873

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx ikitərəfli münasibətlər, o cümlədən həyata keçirilən aidiyyəti humanitar tədbirlər çərçivəsində Azərbaycan FHN-in Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə kursu müvəffəqiyyətlə başa vurublar.

Bu barədə "Qafqazinfo"ya FHN-dən bildirilib. 

Kursda Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Kursun təşkilində məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsidir.

Kursu müvəffəqiyyətlə başa vurmuş FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində iştirak edən Azərbaycan Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər məsul şəxslər sertifikatları istehkamçı-mütəxəssislərə təqdim ediblər.

Qeyd edək ki, növbəti belə bir kursun yaxın vaxtlarda təşkil olunması nəzərdə tutulur.