Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, artıq hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.
Xatırladaq ki, yanğın baş verən ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası işləyir.
Son xəbərlər
Son Xəbərlər