General vətəndaşlarla görüşəcək

general-vetendaslarla-gorusecek
Oxunma sayı: 742

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da vətəndaşları qəbul edəcək.

DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, saat 11-də Şəki şəhərində Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında (Heydər Əliyev prospekti 1) keçiriləcək görüşdə Şəki, Mingəçevir, Oğuz, Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 28-I saat 11:00-dək “195”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Murad Əhməd