Generalın məhkəməsi keçirildi - Yenilənib

generalin-mehkemesi-kecirildi
Oxunma sayı: 2337

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğv edilməsi barədə verdiyi vəsatət təmin edilməyib.

A.Çovdarovun vəkili Kamandar Nəsibov müvəkkilinin səhhətinin pis olduğu üçün iclasın təxirə salınmasını istəyib.

Hakim H.Həsənov bildirib ki, Çovdarovla bağlı təyin edilən tibbi ekspertizada onun iclaslarda iştirakının mümkünlüyü də sual kimi qoyulub. Buna görə də ekspertin rəyi açıqlanana kimi vəsatət baxılmamış saxlanılıb.

Zərərçəkən Mübariz Məmmədov heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

***

Fasilədən sonra Akif Çovdarov məhkəmədə iştirak edə bilmədiyini və prosesin təxirə salınmasını istədiyini deyib.

Buna görə də məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.

Murad Əhməd