Generalın oğurladığı əsgər yeməkləri ələ keçdi

generalin-ogurladigi-esger-yemekleri-ele-kecdi
Oxunma sayı: 3644

Deputat toxunulmazlığı əlindən alınan general-leytenant Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgər yeməklərini gizlətməyə çalışıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis paytaxtın mərkəzi küçəsində “UAZ” və “QAZ” markalı maşına baxış keçirib. Avtomobillərdən əsgərlər üçün nəzərdə tutulan, üzərində “Satış üçün deyil, əsgər yeməyidir” yazılmış  2980 qutu ət konservası aşkarlanıb. Saxlanılan sürücülər bildirib ki, yeməkləri daşımaq barədə tapşırığı Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan verib. Sürücülər saxlanılıb, məsələ araşdırlır.

Onu da qeyd edək ki, sözügedən hadisədən sonra Nazik Amiryanın özünə qəsd etməsi barədə məlumat yayılıb. Amiryan feysbuk vasitəsilə canlı yayım açaraq intihar xəbərini təkzib edib.

Aysel Kərimova