Generalın ölümünə görə Trampı tənqid etdi

generalin-olumune-gore-trampi-tenqid-etdi
Oxunma sayı: 3603

ABŞ-ın Oskar mükafatını qazanmış müxalifyönlü məşhur rejissoru Maykl Mure iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra amerikan xalqına çağırış edib.

"Qafqazinfo" xəbər verir ki, o tvitter mesajında prezident Donald Trampı tənqid edib. M. Mure çağırışında həmçinin valideynlərə oğlanlarını və qızlarını iki illik müharibəyə göndərmək üçün hazır olmağa səsləyib.

Qeyd edək ki, məşhur rejissor 2016-cı ildə prezident seçkiləri vaxtı "İn Trump land" adlı bir sənədli film çəkmişdi. Həmin filmdə Tramp haqqında tənqidi fikirlərini dilə gətirmişdi.