Generalın qardaşı hökumətə təslim olub -

generalin-qardasi-hokumete-teslim-olub-
Oxunma sayı: 1175


“Qafqazinfo”nun azadlıq.org-a istinadən məlumatına görə, müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzod və onun tərəfdarlarının təqibi davam etdirilir.

Ramist dərəsində Nazarzodun tərəfdarlarından 13-ü öldürülüb, daha 32 nəfəri saxlanılıb. Generalın qardaşı hökumətə təslim olub. Çoxsayda silah və sursat müsadirə olunub.

Sentyabrın 5-də naməlum şəxslər Düşənbənin girişində post patrul məntəqəsinə basqın ediblər. Nəticədə 1 polis işçisi öldürülüb, bir neçəsi yaralanıb. Hələ ki, bu basqının Nazarzod qruplaşması ilə əlaqəli olub-olmaması bəlli deyil.

Prezident Emomali Rahmon Nazarzodu hökumətdə tutduğu vəzifədən azad edib, onu “cinayət törətməkdə” suçlayıb.

“Qafqazinfo”