Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın məhkəməsi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 8-də davam etdiriləcək.
İttihama görə, özünü qızıl biznesi ilə məşğul olan sahibkar kimi təqdim edən G.Əliyeva zərərçəkmiş Nəcəf Nəsirlidən 615 min dollarlıq qızıl-zinət əşyaları alaraq qaytarmayıb və pulunu da ödəməyib.
Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzovun sürücüsü olub.
Son xəbərlər
Son Xəbərlər