Bu gün Sabunçu rayon məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının oxunması davam edib.
Dövlət ittihamçısı ittiham aktının Natiq Alıyevlə bağlı hissəsini elan edib. Polkovnik N.Alıyev özünü təqsirli bilmədiyini deyib.
Ardıyca Z.Məmmədovun ittiham olunduğu hissə elan olunmağa başlayıb, sonra fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.
***
Fasilədən sonra Zaur Məmmədovla bağlı hissənin elan olunması başa çatıb. O özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi martın 9-da davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər