İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzabati xidməti binalarının açılışı olub.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə qeyd edilən rayonların icra hakimiyyətinin rəhbərlər şəxsləri iştirak ediblər.
M.Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür.
Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar.
Dünən isə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışını edib.


Son xəbərlər
Son Xəbərlər