Generalların ittiham olunduğu 9 il davam edən proses...

generallarin-ittiham-olundugu-9-il-davam-eden-proses
Oxunma sayı: 6241

Xəbər verdiyimiz kimi, Türkiyənin ən ali məhkəmə instansiyası ölkənin “hərbi çevriliş cəhdində” günahlandırılan bir sıra yüksək rütbəli hərbçiləri də daxil “Ergenekon” işi üzrə keçən 275 ittihamlının işinə xitam verib.

“Qafqazinfo” bu məqamda illərdir davam edən, Türkiyənin yüksək vəzifəli hərbi şəxslərinin, millət vəkillərinin, jurnalistlərin həbs edildiyi məşhur davanın tarixinə nəzər salaraq maraqlı məqamları oxucuların nəzərinə bir daha çatdırır.

“Ergenekon”un 2000- ci illərdə Türkiyədə fəaliyyət göstərən gizli silahlı təşkilat olduğu bildirilir. Türkiyə məhkəməsi tərəfindən təşkilat terrorizmlə ittiham edilib. Ancaq ittihamlar və məhkəmə davalarına 2006- cı ildə hakimin qərarı ilə bir müddət ara verilib.

Təşkilatın dövlətin təhlükəsizlik qüvvələri içərisində təşkilatlandığı və tərkibinə əsgərin, polisin, akademiklərin, jurnalistlərin daxil olduğu qeyd olunurdu. Onun  bir “ dərin dövlət” şəklində formalaşdırıldığı iddia edilirdi.

Təşkilatın həyata keçirdiyi əməliyyatlara 2003- 2004-cü illərdə hakim Ədalət və İnkişaf Partiyası hökumətini devirmək planları, 2006 - cı ildə tanınmış bir hakimin öldürülməsi, 2007-ci ildə Malatyada üç xristianın öldürüldüyü Zirvə Yayın evi qətliamı, 2008-2009- cu ildə həyata keçirilən bir sıra sui-qəsd planlarının daxil edildiyi iddia olunub.

Qeyd edək ki, təşkilatla bağlı ilk informasiya jurnalist Tuncay Güney barəsində 2001- ci ildə avtomobil dələduzluğu ilə bağlı aparılan bir istintaqı zamanı evində və iş yerində tapılan bəzi sənədlərdən sonra əldə edilib. İddia edilən bir təşkilatlanmağa yönəlik olan ilk istintaq əməliyyatı isə 2007- ci ilin iyunun 12-də Ümraniyədə bir geceqonduda 27 əl bombasının tapılması ilə başlayıb. İlk məhkəmə iclası isə 2008- ci ildə Silivri Cəza Evində aparılıb. İclasda 400 civarında şahid dindirilib.

2012- cilin aprelin 27-də İstanbul 13- cü Ağır Cəza Məhkəməsinin qərarı ilə birinci və ikinci “Ergenekon” davaları birləşdirilib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının açıqladığı məlumatda bildirilir ki, “Ergenekon” la bağlı ilk informasya 2002- ci ildə onlara edilən bir şikayətdən sonra bilinib.

İçində 6 ədəd CD-nin olduğu iki səhifəlik bir məktubda Türk Silahlı Qüvvətlərinin içərisində fəaliyyət göstərən gizli təşkilatın olmasından bəhs edilib. Təşkilata qarşı irəli sürülən iddianamədə əsasən bu maddələr yer alıb.

“Davamlı olaraq ölkədə xaos, qonşu ölkələrlə düşmən münasibət, Avropa Birliyi və insan haqlarına qarşı etnik çatışmalar, ölkəni iqtisadi cəhətdən zəif duruma salmaq, dövləti daxildə və xaricdə zəiflətmək, ölkəni idarəedilməyəcək hala gətirmək, terror təşkilatının başçılığı ilə ölkədə siyasi iqtidarlar yaratmaq”.

Bu məqamda 274 nəfərin ittiham olunduğu “Ergenekon” davasında içlərində məşhur ordu generallarının, millət vəkillərinin, jurnalistlərin həbs edildiyi bir neçə şəxsin adlarını təqdim edirik:

Keçmiş Genelkurmay başqanı İlker Başbuğ- ömürlük həbs

CHP Zonguldak millət vəkili Mehmet Haberal- 12 il 6 ay

CHP İzmir millət vəkili Mustafa Balbay- 34 il 8 ay

CHP-li vəkil Sinan Aygün-13 il 6 ay

Jurnalist Tuncay Özkan- ağırlaşdırılmış ömürlük həbs

Ehtiyyatda olan Orgeneral Hurşit Tolon- ömürlük həbs

Keçmiş polis komandiri, ehtiyyatda olan orgeneral Şener Eruyğur- ömürlük həbs

Yazıçı Yalçın Küçük- 22 il 6 ay

İşçi Partiyası başqanı Doğu Perinçek- ağırlaşdırılmış ömürlük həbs

Ehtiyyatda  olan polkovnik Dursun Çiçek- ağırlaşdırılmış ömürlük həbs

 Keçmiş birinci ordu komandiri Hasan Iğsız-  ömürlük həbs

 Ehtiyyatda olan orgeneral Nusret Taşdeler-  ömürlük həbs

 Ehtiyyatda olan general mayor Veli Küçük- iki dəfə ağırlaşdırılmış ömürlük həbs ( 99 il)

 Ehtiyyatda olan general mayor  Levent Ersöz- 22 il 6 ay

Keçmiş xüsusi kəşfiyyatçı İbrahim Şahin- 49 il 4 ay

Danıştay hücumunun tətikçisi  Alparslan Aslan- iki dəfə ağırlaşdırılmış ömürlük həbs

Ehtiyyatda olan kapitan Muzaffer Tekin- iki dəfə ağırlaşdırılmış ömürlük həbs (birlikdə 117 il)

Keçmiş Türk Ortodoks Patrikxanası Mətbuat Katibi Sevgi Erenerol- ömürlük həbs

Ehtiyyatda olan polkovnik Fuat Selvi- ömürlük həbs

Sendikacı Mustafa Özbek- ömürlük həbs

Ehtiyyatda olan general leytenant  Mehmet Eröz- ömürlük həbs

Ehtiyyatda olan polkovnik Fikri Karadağ- ağırlaşdırılmış ömürlük həbs

Vəkil  Kemal Kerinçsiz- ağırlaşdırılmış ömürlük həbs

Mustafa Levent Göktaş- 23 il 4 ay

Ehtiyyatda olan polkovnik Hasan Atilla Uğur- 29 il 3 ay

Jurnalist Merdan Yanardağ- 10 il 6 ay

"İnternet Andıcı Davası" şahidlərindən ehtiyyatda olan leytenant amiral  Alaaddin Sevim- 10 il və.s..

Türkiyə Silahlı Qüvvələrinin keçmiş komadanı İlker Başbuğ 2014- cü ildə məhkəmənin qərarı ilə Silivri həbsxanasından azadlığa çıxıb. 

***

9 il davam edən davanın açar rolu qismində çıxış edən prokuror Zəkəriyya Öz isə xaricə qaçmışdı. Ötən gün keçirilən məhkəmədən sonra jurnalistlərə açıqlama verən CHP millət vəkili Dursun Çiçək tarixi bir gün yaşandığını qeyd edib: “ Ergenekon deyə bir təşkilatın olmadığı nəhayət ki üzə çıxdı”

Qərarı dəyərləndirən Vətən Partiyası başqanı Doğu Perinçek isə “Mehmetçik PKK-çıları xəndəyə basdırır, bu işdə də məhkəmə haqsızlığı, hüquqsuzluğu xəndəyə basdırdı. Yüksək səviyyədə bir hüquqi qərar verildi”-deyə açıqlama verib.

Keçmiş ordu komandiri İlker Başbuğ, ehtiyyatda olan orgenerallar Şener Eruygur, Hurşit Tolon, Hasan Iğsız, ehtiyyatda olan general mayorlar Veli Küçük, Levent Ersöz ile Yalçın Küçük, Doğu Perinçek, Tuncay Özkan, Mustafa Balbay ve Mehmet Haberalın da içində olduğu 274 ittihamlının məhkəmələri 2015- ci ilin oktyabrında sonlandırılıb.

Xatırladaq ki, "Ergenekon" davası Türkiyənin məhkəmə tarixində Balyoz Planı davasından sonra ən uzun müddət davam edən məhkəmə prosesidir.

Günel Türksoy