“Gens Elektrik” Silahlı Qüvvələrə 20 min manat ayırdı

gens-elektrik-silahli-quvvelere-20-min-manat-ayirdi
Oxunma sayı: 1667

“Gens Elektrik” şirkəti Silahlı Qüvvələr Yardım Fonduna 20 min manat vəsait ayırıb.

Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.

Cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq üçün “Gens Elektrik” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir.

Bu məqsədlə “Gens Elektrik” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 20 min manat vəsait ayırıb.