““Gent”lə oyuna hələ tam hazır deyilik” - Qurban Qurbanov

gentle-oyuna-hele-tam-hazir-deyilik
Oxunma sayı: 2349

Azərbaycan Premyer Liqasında 20-ci turun “Qarabağ” – “Şamaxı” (3:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Bu gün istədiyimiz idman formasında deyilik. İstərdim ki, topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynayırdıq. Komandam diqqətli oynadı. Son qolda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. Futbolçularımı təbrik edirəm”.

- Komandanızı “Gent”lə oyunlara hazır hesab edirsiz?
- Hələ yox. Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik.

- Fevralın 2-nə qədər qapıçı transferini reallaşdırmağa çalışacağınızı demisiniz. Bizdə transfer pəncərəsi daha gec bağlanır...
- Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlaşdırmağa çalışacağıq.