Geodeziya və Kartoqrafiya Agentliyinin Nizamnaməsi təsdiq edildi

geodeziya-ve-kartoqrafiya-agentliyinin-nizamnamesi-tesdiq-edildi
Oxunma sayı: 1485

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsi”ni təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır. Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.