Georgi Adamiya bundan sonra “İnter”də oynayacaq

georgi-adamiya-bundan-sonra-interde-oynayacaq-
Oxunma sayı: 650

Bu haqda Qol.Az-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl məlumat verib.

Hazırda Gürcüstanda olan futbolçu özü isə klub rəhbərliyi ilə danışıqların nəticəsiz başa çatdığı üçün "Qarabağ"dan ayrıldığını bildirib.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Adamiya bundan sonra futbolçu karyerasını Bakının “İnter” klubunda davam etdirəcək.

"İnter"in meneceri Səbuhi Səfiyarlı Qol.Az saytına açıqlamasında "İnter"in Adamiya ilə maraqlandığını təsdiqləyib. O deyib ki, hazırda Gürcüstanda olan baş məşqçi Kaxaber Sxadadze ilə Adamiyanın bu günlərdə görüşü olacaq və məhz bundan sonra futbolçunun "İnter"ə keçidi məsələsinə tam aydınlıq gələcək.