Gerasimovla Şoyqu Putinin Xersona səfərində niyə olmayıb?

gerasimovla-soyqu-putinin-xersona-seferinde-niye-olmayib
Oxunma sayı: 2353

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Xerson və Luqansk vilayətlərinə səfər edib. Kreml səfərin aprelin 17-si baş tutduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun Putini bu səfərdə müşayiət etməməsi marağa səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən Kremlin rəsmi sözçüsü Dmitri Peskov bunun təhlükəsizlik məqsədilə edildiyini bildirib: “Şoyqu və Gerasimovun prezidenti müşayiət etməməsinə dair çox sayda sual verildi. Ali Baş Komandanın, müdafiə nazirinin, Baş Qərargah rəisinin eyni bir yerə toplaşaraq düşməni bu qədər şirnikləndirməsi çətin ki məqsədəuyğun olsun. Əlbəttə, bu, böyük riskdir”. 

Qeyd edək ki, Rusiya hazırda Ukraynada davam edən müharibə zamanı ölkənin Xerson, Luqansk, Donetsk və Zaporojye vilayətlərini özünə ilhaq edib.