İranda yaşayan əslən azərbaycanlı musiqiçi Fərəməz Gərmrudi Azərbaycan Dövlət Milli Konservatoriyasında konsert proqramı ilə çıxış edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, musiqiçi - xanəndə konsertdə “Humayun” muğamını təqdim edib.
Gecədə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri, xanəndələr Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Canəli Əkbərov, eləcə də professor və müəllim heyəti iştirak edib.
Gecədə çıxış edən Fərəməz Gərmrudi, İranda yaşasa da əsil azərbaycanlı olduğunu qeyd edib. O, atasının Bibiheybetdən olduğunu qeyd edib. Xanəndənin ifaları gurultulu alqışlarla qarşılanıb.
Sonda F.Gərmrudu Siyavuş Kərimi musiqiçini fəxri fərmanla təltif edib.


Son xəbərlər
Son Xəbərlər