Gerye debüt oyununda qol vurdu

gerye-debut-oyununda-qol-vurdu
Oxunma sayı: 1167

Kipr çempionatında 26-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Apollon” evdə “Enosis”i 2:1 hesabı ilə məğlub edib.
 
Qış fasiləsində “Qarabağ”dan ayrılaraq, “Apollon”a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.
 
“Apollon”un heyətində “Qəbələ” və “Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.