Gerye rəsmən “Qarabağ”da

gerye-resmen-qarabagda
Oxunma sayı: 3511

Donald Geryenin yenidən "Qarabağ"a qayıtması rəsmiləşib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu instaqram hesabında yazıb.

O, sabiq komandasına geri döndüyünü açıqlayıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illər ərzində də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Gerye "Qarabağ"la ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.