Geryedən “Qarabağ”dan gedəcəyi ilə bağlı iddiaya - Münasibət

geryeden-qarabagdan-gedeceyi-ile-bagli-iddiaya
Oxunma sayı: 790

“Qarabağ”ın futbolçusu  Donald Gerye komandadan ayrılacağı iddialarına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qol.az-a açıqlama verən 29 yaşlı yarımmüdafiəçisi Ağdam klubundan getməyəcəyini deyib: 

“Lester”ə keçəcəyim iddiaları haqda məlumatım yoxdur. “Qarabağ”dan ayrılmayacağam. Yanvarın 6-sı Antalyada başlayacaq təlim-məşq toplanışına qatılacağam”.

Qeyd edək ki, Haiti mətbuatı Gerye ilə İngiltərənin “Lester” və “Brayton” klubları maraqlandığını yazıb.