“Get, məşq et, Ramil” - Video

get-mesq-et-ramil
Oxunma sayı: 2309

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə Uels, 19-da isə səfərdə Slovakiya milliləri ilə qarşılaşacaq Azərbaycan yığması hazırlığını davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərliyi altında komanda Mərdəkandakı “Dalğa Arena” təlim-məşq bazasında hazırlaşır.

Məşq zamanı futbolçular uzaqdan zərbələrin üzərində çalışıb. “Sabah”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin zərbəsi əla alınıb və komanda yoldaşları onu alqışlayıb. Futbolçulardan biri həmin vaxt “get, məşq et, Ramil”, - (Ramil Şeydayev nəzərdə tutulur – red.) deyə qışqırıb.