“Getdikcə mikrozədələr çoxalır”- - Qurbanov

getdikce-mikrozedeler-coxalir-
Oxunma sayı: 862


“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” səfərdə “Simurq”u 2:0 hesabı ilə məğlub edib.

Zaqataladakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

“Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdü, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. “Simurq”a qarşı oynamaq həm xoşdu, həm də ağırdı. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdi. Hələ ki Zaqataladayıq.  Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”.