Getdiyiniz yerə daha tez çatacaqsız- - Yeni avtobusdan fotolar

getdiyiniz-yere-daha-tez-catacaqsiz-
Oxunma sayı: 792

 

Xəbər verdiyimiz kimi "Baku Bus" avtobusları bu gündən marşrut xətti üzrə hərəkətə başlayıb. "Qafqazinfo"nun əməkdaşları yeni xəttə başlayan avtobuslarda olub.  

Yeni qaydalar tədbiq olunan avtobuslarda xüsusi səs sistemi vasitəsilə dayanacaqlar sərnişinlərə bildirilir. İlk gündə avtobusdan istifadə qaydaları ilə tanış olmayanlarla müəyyən qədər çətinliklər yaşansa da, sərnişinlər yeni avtobusları bəyəndiyini deyir: "Hazırda mindiyim dayanacaqdan əvvəl avtobus keçmirdi. Çox çətin olurdu. İndi işimiz xeyli rahatlaşıb. Yaxın zamanda bu avtobusların nəqliyyatda sayının artması müsbət haldır".

Bakı Kartı olmayan sərnişinlərin istifadə edə bilməməsi və yeni marşrut xəttinə görə avtobuslarda sərnişin seyrəkliyi müşahidə olunur.

Qeyd edək ki, "Baku Bus" marşrut xətti üzrə bütün dayanacaqlara gediş haqqı yükləmək üçün aparatlar quraşdırılıb.