“Gətir, Qurana əl basım, evimdə axtarış olmayıb”

getir-qurana-el-basim-evimde-axtaris-olmayib
Oxunma sayı: 1918


"Qafqazinfo" ANS tv-ə istinadən xəbər verir ki, Qalib Salahzadə evində axtarış nəticəsində guya silah-sursat tapılması haqqında informasiyanın həqiqətə uyğun olmadığını deyib.

O, polis nəzarətinə götürülməsi və dindirilməsi barədə yayılanları da təkzib edib. Qalib Salahzadə bildirib ki, onu polisə dəvət etməyiblər. "Kişinin arxasından danışarlar. Evimdə heç bir axtarış olmayıb, ola bilməz".

Qeyd edək ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılması barədə məlumat yayılıb. Deputatın evindən külli miqdarda silah-sursat tapıldığı qeyd edilir.