Geyimini avtomobilinə uyğun seçdi - Fotolar

geyimini-avtomobiline-uygun-secdi
Oxunma sayı: 6180

Amerikalı TV ulduz, dünyanın ən gənc milyarderlərindən sayılan Kayli Cenner lüks avtomobili ilə gecə gəzintisi zamanı görüntülənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kayli 400 min dollarlıq yeni avtomobilinə minərkən paparassilərin kamerasına tuş gəlib.

Cennerin əynində 2300 dollarlıq mavi libas olub. Geyimin avtomobillə eyni rəngdə olması diqqətdən qaçmayıb.