“Qafqazinfo”nun məlumatına görə, müğənni Yaşıl Teatrda baş tutacaq “İtmiş ada” adlı solo konserti ilə bağlı sualları cavablandırıb:
“Bir neçə aydır ki, konsertin məşq prosesləri davam edir. Bu konsertin təşkilatçısı "KEvents group" dur. Konsertin musiqi rəhbərləri bəstəkar İsmayıl Əsədov və Samir Sultanovdur. Səhnədə yenə də peşəkar rəqqaslar mənimlə birlikdə çıxış edəcək. Səmimi ünsiyyət, canlı musiqi və s. Qonaqları gözləyir.
Gecədə sürpriz qonaqlar da gözlənilir.Geyimlərimi modelyer Ləman xanım hazırlayır. Onu da deyim ki, geyimlərimin çəkisi elə öz ağırlığımdadır. Onlardan biri çox ağırdır, üstünə 2 min qaş düzülüb. Hətta konsert üçün özəl olaraq uzunboğaz çəkmələr də tikilib. Bir sözlə konsert haqda çox danışmaq istəmirəm. Bu dəfə hər şey çox fərqli olacaq”.
Son xəbərlər
Son Xəbərlər