“Geyimlərim “Gucci” və “Louis Vuitton”dandır, ağzının payını aldın?”

geyimlerim-gucci-ve-louis-vuittondandir-agzinin-payini-aldin
Oxunma sayı: 5656

Türkiyəli müğənni Demet Akalının polislərə dəstək konsertindəki geyimi müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, sosial mediada bir izləyicisinin “Geyiminə bir az daha diqqət ayırsaydın” şərhini yazması müğənnini özündən çıxarıb.

D. Akalın həmin irada sərt şəkildə cavab verib:

“Üstümdəki idman geyimi “Gucci”, köynəyim “Louis Vuitton”dandır. Ağzının payını aldınmı? Ən bahalı səhnə geyimidir. Məni çağıranda soyuq, yağış demədən qaçaraq gəldim. Sənə nə, bax, sənə nə?”.