Geyindiyi libasda hərəkət etməkdə çətinlik çəkdi - Fotolar

geyindiyi-libasda-hereket-etmekde-cetinlik-cekdi
Oxunma sayı: 6104

37 yaşlı britaniyalı aktrisa Emiliya Klark Venesiyada tədbirdə iştirak edib.

“Qafqazinfo” “Hello”ya istinadən xəbər verir ki, sənətçi gecəyə qara eleqant libasda qatılıb.

O, çevrilmiş qönçəyə bənzəyən qeyri-adi libasda hərəkət etməkdə çətinlik çəkib. Qırmızı xalıda aktrisaya mühafizəçilər və köməkçilər kömək ediblər.

Qeyd edək ki, E. Klark tamaşaçılara “Taxt-tac oyunları” serialından tanışdır.