Gigi Hadid narkotiklə saxlanıldı

gigi-hadid-narkotikle-saxlanildi
Oxunma sayı: 5241

Dünyaca məşhur model Gigi Hadid saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kayman adalarında hava limanında 28 yaşlı modelin şəxsi təyyarəsinə baxış zamanı marixuana aşkarlanıb.

Dostu ilə istirahətə gedən Hadid onunla birlikdə saxlanılıb, sonra isə onlar zaminə buraxılıb.

Hazırda hər iki şəxsin məhkəməyə çıxarılması gözlənilir.