Gimnastika yarışları da başladı- - Yenilənib

gimnastika-yarislari-da-basladi-
Oxunma sayı: 847


“Qafqazinfo” xəbər verir ki, yarışlara Milli Gimnastika Arenasında keçirilir. 

İlk gündə həm kişi, həm  qadın idmançılar yarışacaqlar. 

Fərdi yarışlar da gimnastlar qruplar üzrə yarışacaq. Qadınlar 8, kişilər 5 qrupda mübarizə aoaracaq. 

Azərbaycan yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina təmsil edəəck. 

Kişilərin mübarizəsində isə Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk ölkəmizə medal qazandırmağa çalışacaq.

***

Kişilər arasında idman gimnastikası üzrə çöxnövçülük yarışların ilk mərhələsi sona çatıb. İlkin nəticələrə görə kişilər arasında komanda yarışlarında Rusiya gimnastları 88,199 xalla liderlik edirlər. İkinci yerdə Böyük Britaniya (85,231), üçüncü yerdə isə İspaniya komandası (84,832) qərarlaşıb.

Kişilər arasında şəxsi yarışlarda Brinn Bevan (42, 765) ən yüksək nəticə ilə liderlik edir.

Qadınlar arasında komanda yarışlarında Rusiya gimnastları (60,165 xalla) birinciliyi qorumağa davam edirlər.

İlkin nəticələrə görə qadınlar arasında şəxsi yarışlarda Aliya Mustafina (Rusiya) 30,333 xalla liderlik edir.

Ölkəmizi təmsil edən qadınlardan ibarət komanda ilkin nəticələrə görə 43,254 xalla 5-ci yerdə qərarlaşıb.

Yarışlar fasilədən sonra davam edəcək. Günü sonunda yarımfinala çıxacaq idmançılar müəyyənləşəcək.

***

Hazırda idman gimnastikası yarışları davam edir. Gimnastlarımız medallar uğrunda mübarizəni davam etdirirlər.

İdman gimnastikası üzrə kişilər arasında çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə görə Azərbaycan komandası 29,966 xalla birinci pillədə qərarlaşıb. İkinci yerdə İspaniya komandası (29,50), üçüncü yerdə isə Rusiya gimnastlarıdır (29,50).