Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

gimnastimiz-dunya-kubokunda-burunc-medal-qazandi
Oxunma sayı: 1449

Bakıda keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastı Nikita Simonov halqada hərəkətlərdə bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, 14,500 xal qazanıb.

İtaliyalı Salvatore Mareska 14,800 xalla qızıl, Türkiyə idmançısı İbrahim Çolak 14,766 xalla gümüş medal qazanıb.