Gimnastımız yerə yıxıldı, xal qazana bilmədi

gimnastimiz-yere-yixildi-xal-qazana-bilmedi
Oxunma sayı: 2439

Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, fərdi çoxnövçülükdə qüvvəsini sınayan idmançımız dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal yığıb. 25 yaşlı idmançı ikinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyib.  Yerə yıxılan idmançımız xal qazana bilməyib.

Paralel qollarda 12.766, turnikdə hərəkətlərdə 13.133,  sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366, halqalarda 14.200 xal alan gimnast ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.

Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilməyib. Bununla da, o, final mərhələsindən kənarda qalıb.