Ölkəmizi burada Ulyana Dyakova və Anatliy Leonov cütlüyü təmsil edəcək. Onlar təsnifat yarışlarına qatılacaq.
Aerobika növü üzrə isə cütlüklərin təsnifat yarışında Bosix Vera və Vladimir Dalmatov cütlüyü gücünü göstərəcək.
***
Qadınların balans hərəkətlərində təsnifat mərhələsinə yekun vurulub. 11 komandanın iştirak etdiyi yarışda Azərbaycan millisi 5-ci yeri tutub və finala vəsiqə qazanıb.
***
Qarışıq cütlərin temp hərəkətlərində Azərbaycanı Ulyana Dyakova və Anatoli Leonov təmsil edib. 26,520 xal toplayan təmsilçilərimiz 9 cüt arasında 6-cı olub. Bununla da onlar finala yüksəliblər.
***
Gün boyu davam edən yarışlarda azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) ümumilikdə 54.82 xal toplayıb. Bu göstərici idmançılarımızın mübarizəni davam etdirməsi üçün yetərli olub. Komanda yarışlarının təsnifat mərhələsində ilk üç yeri Belçika (57,82), Rusiya (56,91) və Belarus (56,63) idmançıları tutub.
***
Azərbaycan gimnastları İlya Qrişunin və Svetlana Makştarova birinci Avropa Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə kişilər və qadınlar arasında təsnifat mərhələsini uğurla keçib.
Hər iki idmançımız finala vəsiqə qazanıb.
Yarışların final mərhələsi iyunun 21-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər