İslam Həmrəylik Oyunlarında gimnastika yarışları bu gün də davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, həm kişilər, həm də qadınlar arasında final mərhələsinin görüşləri keçiriləcək.
Kişilər
Kişilər Sərbəst hərəkətlər Final
Qadınlar Dayaqla tullanma Final
Kişilər Paralel qollar Final
Kişilər Halqalar Final
Qadınlar
Qadınlar Müxtəlif hündürlüklü qollar Final
Qadınlar Sərbəst hərəkətlər Final
Kişilər Dayaqla tullanma Final
Kişilər Turnik Final
Kişilər Dəstəli at Final
Qadınlar Gimnastika tiri Final
Sərbəst hərəkətlərdə Murad Ağarzayev və Timur Bayramov finalda bacarığını göstərib. Ağarzayev bütün rəqiblərini üstələyərək çempion titulunu qazanıb.
***
Dayaqla tullanmada Marina Nekrasova ilə Yuliya İnşına yarışıb. Marina rəqibini üstələyərək 2-ci yeri tutub.
***
Gimnastikada halqalarda çıxış edən Bense Talas ölkəmizə gümüş medal qazandırıb.
***
Timur Bayramov paralel qollarda bürünc qazanıb.
***
Qadınların müxtəlif hündürlüklü qollarda mübarizə aparan Yekaterina Tişkova bürünc qazanıb.
***
Timur Bayramov və Bense Talas paralel qollarda da çıxış edib. Bürünc medal təmsilçimizə nəsib olub. Timur çıxışını 3-cü pillədə başa vurub. O, türkiyəli dayaqla tullanmada Marina Nekrasova ilə Yuliya İnşına qüvvəsini sınayıb. Daha yaxşı çıxış edən Marina 2-ci yeri tutub. Bu növdə çempionluğu 42 yaşlı özbəkistanlı Oksana Çusovitina qazanıb. İranlı Rifda İrfanalütfi isə 3-cü olub.
Son xəbərlər
Son Xəbərlər