Gimnaziyada COVID-ə yoluxma qeydə alındı, əyani tədris dayandırıldı

Gimnaziyada COVID-ə yoluxma qeydə alındı, əyani tədris dayandırıldı
Oxunma sayı: 1980

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.