Gürcüstanın Baş Naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Qafqazinfo” xəbər verir ki, Giorgi Qaxaria İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Prezident göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri ölkələr arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər