Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqzin günahsız olduğu ortaya çıxıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.
Məlumatda qeyd olunur ki, iyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.
Qeyd edək ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra azadlığa buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan Giqqz 2021-ci ildə komandadan ayrılıb.
Son xəbərlər
Son Xəbərlər