Girovlarımız apellyasiya şikayəti verdilər

girovlarimiz-apellyasiya-sikayeti-verdiler
Oxunma sayı: 781


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, girov Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan bildirib ki, o, qərardan narazıdır, çünki müdafiə etdiyi şəxs ittihamı qəbul etmir. 

Digər girov Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə öz növbəsində qeyd edib ki, o, qərarda müdafiə etdiyi şəxsə qarşı irəli sürülən konkret bir maddədən şikayətçidir.

Xatırladaq ki, ötən ilin dekabrın 29-u baş tutan prosesdə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilmişdi.