Girovluqdakı polkovnik öldürüldü - Ermənistanda

girovluqdaki-polkovnik-olduruldu-
Oxunma sayı: 3476

Ermənistanın Yerebun rayonunda bir qrup silahlı şəxsin polis idarəsinə hücumu zamanı girov götürülən şəxslərə atəş açılıb.

Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, post-patrul xidmətinin alay rəisinin müavini, polkovnik Artur Vanoyan öldürülüb.

“Digər ağır yara alan şəxslər isə polkovnik Aram Ovannisyan, polkovnik-leytenant Qraç Hosteqyan, mayor Qaqik Mkrtçyandır. Bir neçə polis yüngül xəsarətlə qurtula bilib”-, bu açıqlamanı Ermənistanın DİN-i yayıb.

Qeyd edək ki, silahlı şəxslər mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.