Ötən gün türkiyəli aktrisa Gizəm Arıkanın toyu olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilib ki, 3 ay öncə nişanlanan aktrisa 2 ildir sevgili olduğu Gürkan Felamurla ailə qurub. Onların toy məclisi açıq havada yerləşən məkanların birində baş tutub.
Qeyd edək ki, Gizəm "Kod adı Kırlangıç" serialında baş rolu canlandırıb.