Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, gizir Əsgərli Cavidan Sənan oğlu xəstəlikdən dünyasını dəyişib.
Onun nəşi doğulduğu Zərdab rayonunda torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərli Cavidan Sənan oğlu uzunsürən “Still xəstəliyi”ndən vəfat edib.
Qeyd edək ki, hərbçimiz 7 ay əvvəl ailə həyatı qurmuşdu.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər