Gizli fəaliyyət göstərən kafe aşkarlandı

gizli-fealiyyet-gosteren-kafe-askarlandi
Oxunma sayı: 1506

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. 

Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.