“Gizli pivə içirdim” - Ronaldo

gizli-pive-icirdim
Oxunma sayı: 1986

Əfsanəvi braziliyalı hücumçu Ronaldo futbolçu karyerasında spirtli içkilərə üstünlük verdiyini və bunlardan qurtula bilmədiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, Braziliya millisinin sabiq üzvü karyerası ərzində gizli şəkildə pivə içdiyini bildirib:
 
"Karyeram ərzində enerji içkilərinin qablarına gizli şəkildə pivə doldurub içirdim".
 
Ronaldo Braziliya Futbol Federasiyasının prezidentliyinə namizəd olmayacağını deyib: "Bu xəbərlər əsassızdır. Belə fikrim yoxdur. İngiltərə və ya İspaniyada aşağı liqalarda çıxış edən klublardan birini almaq istəyirəm. Bununla yeni təcrübə qazanmaq istəyirəm. Daha sonra böyük işlər üçün hazır ola bilərəm. Ağlımda bir neçə komanda var".
 
Qeyd edək ki, 41 yaşlı veteran futbolçu PSV, "Real", "Barselona", "İnter", "Milan" kimi klublarda top qovub.